Gündəm / Siyasət / Dünya

Paşinyan məhkəmə qarşısına çıxarılmalıdır... - ÇAĞIRIŞ

Paşinyan məhkəmə qarşısına çıxarılmalıdır... - ÇAĞIRIŞ

Kanal14.az: - Ermənistan sülh sazişi üçün 1991-ci ilin xəritəsini irəli sürür ki, bu da sülhə xidmət deyil.

Azərbaycan 1920-ci ildə - SSRİ-nın tərkibində olduğu dönəmdə hansı əraziyə sahib idisə, həmin ərazi ilə də İttifaqdan çıxmalı idi.

1-ci Qarabağ savaşı baş verdi, Azərbaycan əraziləri işğala məruz qaldı və bu prosesə dönüş mümkün olmadı.

Ancaq hazırda Azərbaycan ərazilərini işğaldan azad edib və dinc vasitə ilə ittifaq dönəmində Ermənistana verilmiş ərazilərini tələb etməsi hansısa beynəlxalq qanunlara zidd deyil.

Ermənistan bunu nəzərə almalıdır.

Nəzərə almalıdır ki, Ermənistan dövləti Azərbaycan ərazisində yaradılıb.

Sülh istəyirlərsə, 1920-ci ilin xəritəsi əsas götürülməlidir.

Azərbaycan müharibə istəmir. 2-ci Qarabağ savaşını da Paşinyan başlatdı. O sülh istəyirdisə, Şuşada yallı getməklə, müharibəyə getməməliydi.

Buna görə o beynəlxalq məhkəməyə verilməlidir. Yolu budur...//dia.az