Gündəm / Cəmiyyət / Təhsil

Bu il müəllimlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq

Bu il müəllimlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq

Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq.

"Kanal14.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, imtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq.

Sertifikatlaşdırmanın nəticələrinə əsasən əməkhaqqı artımı üçün ayrılan və növbəti ildə ayrılması nəzərdə tutulan vəsait barədə məlumatla aşağıdakı posterdən tanış ola bilərsiniz.