Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur.

"Kanal14.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Gələn il, həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.