Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Bakıda orta aylıq əməkhaqqı artıb


 
Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1% çoxdur.
Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1% artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.