Gündəm / Cəmiyyət

Azərbaycanda maaşların nə qədər artdığı AÇIQLANDI - RƏSMİ

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki dövürlə - yanvar-fevral ayları ilə müqayisədə 4,5% və ay 32 manat 20 qəpik artıb.
Kanal14.az bildirir ki, Yeniavaz.com
 açıqlanan rəsmi statistikaya istinadən xəbər verib ki, yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 744 manat 50 qəpik olub.
Qeyd edək ki, bu göstərici yanvar-fevral aylarında bu göstərici 712 manat 30 qəpik təşkil edib. 2019-cu ilin eyni dövründə isə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 577 manat 60 qəpik olub.