Gündəm / İdman

"Qarabağ" "Hakken"i məğlub ETDİ


Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti oyununu keçirib.

"Kanal14.az" xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ikinci matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri ilk səfər matçında "Hakken”lə görüşüblər və "Qarabağ” qrupda ardıcıl ikinci qələbəsini qazanıb. İlk oyunda "Molde”ni bir qolla yenən çempionumuz Skandinaviyanın digər təmsilçisini də itkisiz keçib.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında "Molde” "Bayer”i qəbul edib və qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.