İdman

“Qarabağ” “Vorskla”ya qarşı - Yenilənir

“Qarabağ” “Vorskla”ya qarşı - Yenilənir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.  Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Ukraynanın "Vorskla” klubu ilə qarşılaşacaq.

E qrupunda yer alan Ağdam təmsilçisi əvvəlki hər üç oyununda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:4, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub. Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub.

Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq. Bu üzdən də Qurbanovun yetirmələri məhz Poltavada ilk qol və xal sevincini yaşamağa köklənib.

 

Qrupun digər oyununda İngiltərə "Arsenal"ı Portuqaliya "Sportinq"ini qəbul edəcək. 

Avropa Liqası
E qrupu, 4-cü tur
8 noyabr

00:00. Vorskla - Qarabağ
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda
Dördüncü hakim: Raffael Tseder
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)
Poltava. Aleksey Butovski adına stadion.