Gündəm / İdman

İdmançılarımız Parisdə qızıl medal qazandı

İdmançılarımız Parisdə qızıl medal qazandı

Azərbaycanın tamblinq üzrə milli komandası Parisdə keçirilən "Tumbling French Cup” turnirində qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından "Kanal14.az"a verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi proqramda isə M.Malkin birinci, A.Hacızadə ikinci olub.