İdman

İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı

İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 

Azərbaycan qılıncoynadanı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə "Satellite” seriyalı beynəlxalq turnirdə uğur qazanıb.

"Kanal14.az” xəbər verir ki, sablya üzrə milli komandamızın lideri finalda yerli Teodara Kaxianini 15:12 hesabı ilə üstələyib və qızıl medalın sahibi olub.

Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini keçsələr də, 1/8 final mərhələsini adlaya bilməyiblər. Aysel Əhədova isə mübarizəni qrup mərhələsində dayandırıb.

Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub./Yenisabah