kanal14.az
kanal14.az

Gimnastlarımız Monteneqroda 6 medal qazandı - FOTO

20-09-2021, 10:08

Kanal14.az: - Monteneqroda keçirilmiş beynəlxalq turnirdə gimnastlarımız 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.

 

Kamilla Seyidzadə komanda hesabına ən çox medal yazdıran gimnast olub. Belə ki, o, lentlə icra etdiyi proqrama görə fəxri kürsünün ilk pilləsində yer alıb.

 

Gürzlərlə çıxış edən Kamilla gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə istedadlı gimnastımız "bürünc" medal qazanıb.

 

Daha bir bürünc medalı isə o Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Alina öz növbəsində topla nümayiş etdirdiyi çıxışına görə bürünc medal qazanıb.

 

Yarışda iştirak edən təmsilçimiz Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 5-ci yerdə qərarlaşıb.

 

Bədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery Image

Bədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery ImageBədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery ImageBədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery ImageBədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery ImageBədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery ImageBədii gimnastlarımız Monteneqroda 6 medal qazandı (FOTO) - Gallery Image






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA