Gündəm / Siyasət / Cəmiyyət / Hadisə

Ruben Vardanyan saxlanılıb

Ruben Vardanyan saxlanılıb

Rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.

Bildirilir ki, separatçıların keçmiş "dövlət naziri" Vardanyan Ermənistana getmək istəyərkən Laçın keçid məntəqəsində saxlanılıb.

Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabənd mediaya açıqlamasında ərindən xəbər ala bilmədiyini qeyd edib.