Gündəm / Siyasət

Xankəndində nə baş verir?

Xankəndində nə baş verir?

Arayik Arutyunyan qondarma Artsax respublikasının konstitusiyasında dəyişiklik edir. Dəyişiklikiyə əsasən prezident vəzifəsi boş qalarsa, yerli parlament yeni prezidenti seçə bilər. Yəni daha xalqın prezidenti seçməsi gərəkmir. Aydındır ki, qondarma Artsax rəhbərliyi başa düşür ki, rəsmi Bakı bölgədə hər hansı bir seçkinin keçirilməsinə imkan verməyəcək. Ona görə də bu yola əl atırlar.

Bu dəyişiklik həm də o deməkdir ki, Arayik Arutyunyan tezliklə istefa verəcək. Bəs onun yerinə kim gələcək?
4-5 gün səs-sorağı gəlməyən, Moskvada gizli görüşlər keçirildiyi söylənilən qondarma Artsaxın dövlət naziri Ruben Vardanyan dünən iki twit atıb. Bu isə o deməkdir ki, Ruben Vardanyan gizli şəkildə Moskvaya getdiyi kimi, gizli şəkildə də Xankəndinə geri dönüb. Elə tələsik konstitusiya dəyişikliyi də Ruben Vardanyan üçün həyata keçirilir...

Təki mən yanılım. Ancaq mən bu prosesi belə görürəm...
Təəssüf ki, Azərbaycan iqtidarı belə bir önəmli məsələyə hələki heç bir reaksiya verməyib.

Kanal14.az
Elbəyi Həsənli.