Gündəm / Siyasət / Cəmiyyət

Vardanyanın “ Artsax” planları

Vardanyanın

"Kanal14.az” Ermənistan İctimai Radiosuna ( 06.034.23 ) istinadən xəbər verir ki, Ermənistanın keçmiş dövlət naziri Ruben Vardanyan öz "Facebook” səhifəsində yazməşdır: "Mən Artsaxda fəaliyyətimi davam etdirəcəyəm, həm özüm, həm də biz. Bizim dağlarımız ərazi agentliyimiz vasitəsilə layihələr həyata keçirməyə davam edəcəyəm. Məqsədim dəyişməz olaraq qalır. TƏHLÜKƏSİZ, AZAD, LAYİQLİ, ERMƏNİ ARTSAXA sahib olmaq üçün hər şeyi etmək. Bu məqsədlə mübarizəmizi davam etdirməliyik”.

"Məncə, mübarizə odur ki, güclü və zəif tərəflərini düzgün qiymətləndirirsən, bu zəifliklərdən irəli gələn təhlükəni minimuma endirmək üçün, güclü tərəflərini gücləndirmək, onları üstünlüyə çevirmək və onlardan düzgün istifadə etmək üçün nə etməl olduğunu bildirsən. Mənim üçün mübarizə hər səhər oyanıb özümə sual verməkdir ki, bu istiqamətdə nə etmisən?

Biz səkkiz mübarizə istiqaməti müəyyən etmişik, onun ətrafında planlarımız qurulacaq və həyata keçiriləcək. Bunlar, xüsusən, subyektivliyin gücləndirilməsi, etibarlı təhlükəsizlik və müdafiə sisteminin, o cümlədən mülki müdafiə sisteminin yaradılması, həyat qabiliyyətli iqtisadi sistemin yaradılması, hibrid müharibənin qarşıdurması, keyfiyyətli və rəqabətədavamlı təhsil sistemidir. Qarşımızda duran problemlər koordinasiyalı işi və bütün qüvvələrin cəmləşməsini tələb edir. Yalnız hökumət bu işləri həyata keçirə bilməz. erməni dünyasının potensialını cəlb etməklə bütün özəl və dövlət resurslarını birləşdirməklə bunu etmək olar. Biz cəmiyyət olaraq bir araya gəlmədikcə, çətinliklərimizin öhdəsindən gələ bilmərik. Biz bir-birimizə güvənmək üçün əlimizdən gələni etməliyik.

Artsaxı təhlükəsiz, azad, ləyaqətli, erməni olaraq saxlamaq baxımından "qırmızı xətləri” saxlamaq son dərəcə vacib olacaq. Mən şadam ki, yüksək vəzifəli məmurlarla, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri ilə qarşılıqlı əlaqəm "qırmızı xətlərimizi” müəyyənləşdirməyə kömək etdi. Və biz həmin "qırmızı xətlərin” müdafiəsində ardıcıl olacağıq. Çünki, onların hər hansı birinin pozulması yolverilməzdir”, – deyə, yazıda bildirilir.

Kanal14.az
Nizami Təhməzov