Gündəm / Hadisə / Dünya

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2862 nəfərə çatıb

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2862 nəfərə çatıb

Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.

"Kanal14.az" xarici mətbuata istinadən xəbər verir ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.

Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.