"Kanal14.az" xəbər verir ki, bu barədə İranın təcili yardım təşkilatının sözçüsü Muctaba Xaledi məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib, 22-sinə isə hadisə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Daha sonra bir neçə afterşok olub. Afterşoklardan ən güclüsünün maqnitudası 6,3 bal olub.