Gündəm / Cəmiyyət / Təhsil

Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...

Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş

Kanal14.az: - Ədalət(siz) Muradov universitetə gəlməyən Qubad İbadoğlunu, sabiq nazir Əvəz Ələkbərovu necə baş müəllim təyin edib..? Ədalət Muradovun tərcümeyi-halında belə bir cümlə var: Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib. Yəni 10 ilə yaxındır ki, ADİU-nun rektorudur.

Əlbəttə, Prezidentin sərəncamı müzakirə olunmur. Amma yeri gələndə Prezident özü də təyin etdiyi kadrlara iradlarını bildirir, hətta o kadrlar içərisində icra başçıları, nazirlər var ki, hazırda həbsxana həyatı yaşayır. Və Ədalət Muradov da istisna deyil.

10 ildir rektor olan Ədalət Muradov ADİU-nun ancaq adını dəyişib, UNEC qoya bilib, qalan sahələrdə böhran dərinləşməkdə davam edir. Ədalət Muradov, guya, islahatçı adı altında 10 ildə universitetdə ancaq yarıtmaz idarəçi kimi ad çıxara bildi. Yarıtmaz idarəçilik isə istər-istəməz o boyda universitet kollektivi arasında gərginlik yaradır.

Tanınmış iqtisadçı alim, sabiq millət vəkili Əli Əlirzayev haqlı olaraq Ədalət Muradova qarşı AĞIR İTTİHAMLAR səsləndirir: "1987-ci ildən Heydər Əliyevin yolundayam, addım-addım onun arxası ilə gedib yanında olmuşam, 20 il YAP-ın Siyasi Şurasının üzvü olmuşam, Milli Məclisin deputatı seçilmişəm, Əməkdar elm xadimi adını mənə Heydər Əliyev verib.

Cənab Prezident İlham Əliyev Türkiyədən Naxçıvana gələndə Heydər Əliyevin yanında onunla görüşmüşəm, indi də onun siyasətini dəstəkləyirəm. Yaxşı, bəs indiki bu Ədalət kimi "qəhrəmanlar” o vaxt harada idilər?”

Tanınmış alim Ədalət Muradovun təcrübəli alimləri uzaqlaşdırıb dost-tanışını vəzifələrə doldurmasına kəskin etiraz edir: "Təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir”. Ədalət Muradov rektor təyin olunandan sonra imtahanların qiymətinin dəfələrlə bahalaşması haqqında az qala bütün ölkə mətbuatı danışır, tələbələr açıq şəkildə deyirlər.

Məlumdur ki, Ədalət Muradov yüksək çinli məmurları universitetdə baş müəllim kimi işə qəbul edib, həmin şəxslər həm universitetdən, həm də məmur kimi dövlətdən maaş alıblar. Bu ciddi korrupsiya əməlidir. Və Ədalət Muradov bunu istintaqdan gizlədib. Bu hələ harasıdır.?

Rektor Ədalət Muradov partiya sədri, ölkəmizin əleyhinə xarici ölkələrdə əks təbliğat aparan, müxalifətçi Qubad İbadoğlunu universitetə neçə ildir ki, baş müəllim təyin edib. Hansı ki, Qubad İbadoğlu aylarla, illərlə ölkədən kənarda olur. Və bu yaxınlarda Qubad İbadoğlu türk düşməni Fətullah Gülənin tərəfdarı kimi ( saxta pul kəsmək ) ittihamı ilə həbs olundu. İndi istintaq niyə Ədalət Muradovu çağırıb soruşmur ki, ay Ədalət(siz), sən dövlətin pullarını niyə boş yerə xərcləyirdin...

Tam əminliklə demək olar ki, Ədalət Muradov özü də FETÖ haqqında düşünüb. Hələ bu harasıdır..? Universitetin 30-40 il iş təcrübəsi olan müəllimləri Prezidentə yazır: "Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi.

Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar dura-dura universitetdə BİRCƏ SAAT DƏRS DEMƏMİŞ Əvəz Ələkbərov birdən-birə "Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?”
Burası sözün bitdiyi yer.//Gündəlik Bakı