kanal14.az
kanal14.az

Muradovun Bakı səfəri ilə bağlı yalanı kim uydurub? - İrəvanın “əsirlər qayıdır” yalanı

Muradovun Bakı səfəri ilə bağlı yalanı kim uydurub? - İrəvanın “əsirlər qayıdır” yalanı
13-04-2021, 16:46 72 dəfə baxılıb

Muradovun Bakı səfəri ilə bağlı yalanı kim uydurub?
Azərbaycanın diversantları Ermənistana qaytaracağı və Rüstəm Muradovun bu məqsədlə Bakıya gəldiyi, ancaq əliboş geri döndüyünə dair xəbər hələ də erməni mətbuatında müzakirə olunur.

Kanal14.az   Cebhe.info-ya istinadən  xəbər verir ki, "Qraparak" nəşri bu məlumatın kim tərəfindən və necə yayıldığına dair versiya ilə çıxış edib. Qəzet yazıb ki, bu məlumatı dövriyyəyə məhz Paşinyanın komandası buraxıb:

"Paşinyan komanda üzvlərinə taşırıb ki, bu xəbəri tirajlasınlar və güya məhz onun Moskvaya səfəri nəticəsində Muradovun Bakıya göndərildiyi qənaəti yaradılsın".

Nəşr yazıb ki, beləliklə yalan məlumatın təşəbbüskarı məzh Paşinyan özü olub:

"Son dövrlərdə Rüstəm Muradov mütəmadi olaraq Bakıya gedir. Hər dəfə də özü ilə əsirlərdən kimisə gətirirdi. Ola bilsin ki, böyük qrupları yox, amma 1-2 nəfər mütləq olurdu. Ötən həftə isə Muradov Bakıya getdi, "Erebuni" hava limanının rəhbərliyi dərhal bu barədə Baş naziri məlumatlandırdı. Bizim mənbəyimiz bildirir ki, Ermənistan hökumətinin Muradovla operativ əlaqəsi yoxdur, onlar Muradovla bağlı məlumatları ancaq öz təsadüfi məbələrindən alırlar. Əvvəlcə Baş nazir bu məlumatı Araik Arutunyanla dəqiqləşdiirb. Daha sonra Tiqran Avinyan və Ayk Sarkisyanı yanına çağırıb. Təxmin edilib ki, bu dəfə də yəqin Muradov Bakıdan əliboş qayıtmayacaq, buna görə də yalan məlumat yaymaq tapşırılıb. Paşinyan komandasına tapşırıb ki, Muradovun əsirləri gətirmək üçün Bakıya getdiyinə dair xəbərlər yayılsın. Avinyan və Sarkisyan üçüncü şəxslər vasitəsilə məlumatı mətbuata ötürüb. Belə ki, Avinyan məlumatı öz ofisi və Baş nazirin mətbuat xidməti, Ayk Sarksiyan isə deputat Nazei Baqdasaryan vasitəsilə yayıb. Muradovun Bakıya səfərinin əsas məqsədi isə sərhəddəki durum olub. Saruşen kəndinin sakinləri Rusiya sülhməramlılarına müraciət ediblər. O da Azərbaycan tərəfdən postun komandiru ilə əlaqə saxlayıb. Azərbaycanlılar deyiblər ki, bura onların torpağıdır və ermənilərin oranı tutmaq haqqı yoxdur. Gələcəkdə də belə insidentlərdən qaçmaq üçün Muradov Bakiya gedib",- deyə nəşr yazıb.

Həmçinin bildirib ki, Rusiya sülhməramlılarının əsirləri qaytarmaq missiyası və funksiyası yoxdur: "İndiyə qədər əsirlərin qaytarılması vəzifə yox, sadəcə xoş niyyətin göstəricisi olub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA