Hadisə

Şəmkirdə silahlı insident: 1 yaralı

Şəmkir rayonunda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-də Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılıb, ondan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ” markalı ov tüfəngləri götürülüb.

A.Muradov isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb./Teleqraf.com