Gündəm / Cəmiyyət

Şahin Mustafayevə yeni vəzifə HƏVALƏ EDİLİB

Şahin Mustafayevə yeni vəzifə HƏVALƏ EDİLİB

Prezident İlham Əliyev Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edib.

Dəyişikliklə Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev olub.

Habelə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Komissiyaya daxil edilib.