Gündəm / Siyasət / Dünya

Ərdoğan Niderlandın baş naziri ilə danışıqlar apardı

Ərdoğan Niderlandın baş naziri ilə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə fəaliyyətlərinə davam etdiyini vurğulayıb.

Liderlər, həmçinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinin ən mühüm gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olacağı barədə razılığa gəliblər.