Gündəm / Dünya

Şərqi Avropa ölkələri Rusiyanın uran tədarükündən imtina etmək yollarını axtarır

Şərqi Avropa ölkələri Rusiyanın uran tədarükündən imtina etmək yollarını axtarır

Şərqi Avropa ölkələrində yerləşən bir sıra atom elektrik stansiyalarının rəhbərliyi Rusiya Federasiyasından enerji asılılığının azaldılması strategiyası çərçivəsində Rusiya uranının tədarükündən imtina etməyin yollarını axtarır.

"Kanal14.az" Bloomberg-ə istinadən xəbər verir ki, Qazaxıstan alternativ mənbələrdən biri hesab olunur və bu, dünya üzrə ümumi uran istehsalının 40%-dən çoxunu təşkil edir.

"Əvvəllər zənginləşdirilmiş uranı Rusiyadan tədarük edən Şərqi Avropadakı bəzi nüvə stansiyaları 2025-ci ildən müqavilə bağlamaq üçün yeni təchizatçılar axtarır. Geosiyasi qeyri-müəyyənlik nüvə yanacağının axını dəyişir və bəzi elektrik enerjisi istehsalçılarını ehtiyatlar yaratmağa sövq edir. Biz öz ehtiyatlarımızı hasilat üçün hazırlayırıq, ona görə də bazarın tələblərinə cavab verə biləcəyik”, – Qazaxıstanın dövlət uran şirkəti olan "Kazatomprom”un baş direktoru Yerjan Mukanov bildirib.

Ümumdünya Nüvə Assosiasiyasının analitiklərinin proqnozlarına görə, 2030-cu ilə qədər dünyada uran tədarükünə tələbat təxminən üçdə bir artacaq. Bunun fonunda Qazaxıstan bu növ yanacağın istehsalını təxminən 22 min ton səviyyəsində saxlamağı planlaşdırır. Onun sözlərinə görə, bu, uranın qiymətinin qalxmasının qarşısını almaq üçün lazımdır.

"Biz urana tələbatın artacağını proqnozlaşdırırıq, lakin biz qiymətlərin kəskin artmasında maraqlı deyilik", - Mukanov yekunlaşdırıb.

Kanal14.az
Kamal Əsgərov