Gündəm / Dünya

İranda zənginləşdirilmiş uran hissəcikləri

İranda zənginləşdirilmiş uran hissəcikləri

Qlobal Nüvə Nəzarəti Təşkilatı İranın yeraltı Fordo sahəsində 83,7% saflıqda zənginləşdirilmiş uran hissəcikləri tapıb. Bu silah dərəcəsinə çox yaxındır.

"Kanal14.az” BBC-yə istinadən xəbər verir ki, İran nüvə fəaliyyətinin tamamilə dinc xarakter daşıdığını israr edir. Lakin, ekspertlər xəbərdarlıq ediblər ki, bir bomba üçün kifayət qədər silah dərəcəli uran əldə etməsinə lazım olan vaxt tamamilə azaldıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) "məsələyə aydınlıq gətirmək üçün "İranla müzakirələr apardığını bildirir və eyni zamanda qeyd edirlər ki, İran, dünya gücləri ilə imzalanmış nüvə Sazişini pozaraq, iki il ərzində açıq şəkildə uranı 60% saflığa qədər zənginləşdirməsinə nail olmuşdur.

İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədi daşıyan Saziş ölkənin nüvə fəaliyyətlərini məhdudlaşdırdığını və iqtisadi sanksiyalardan xilas olmaq müqabilində MAQATE müfəttişlərinin monitorinqinə icazə verməsini nəzərdə tuturdu

Kanal14.az
Kamal Əsgərov