Gündəm / Siyasət / Dünya

Ermənistanın xarici işlər naziri Rumıniyaya işgüzar səfər edəcək

Ermənistanın xarici işlər naziri Rumıniyaya işgüzar səfər edəcək

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, aprelin 3-4-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Rumıniyaya işgüzar səfər edəcək.

Nazir Mirzoyanın Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşü olacaq və bundan sonra birgə mətbuat konfransı keçiriləcək.
Səfər çərçivəsində Ararat Mirzoyanın digər yüksək səviyyəli, o cümlədən Rumıniyanın qanunvericilik orqanlarının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Nazir Mirzoyan görüşləri zamanı Ermənistan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq və Ermənistan-Aİ tərəfdaşlığı, o cümlədən Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə çağırışlar və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunacaq.

Kanal14.az
Jalə Asiman