Gündəm / Siyasət / Dünya

Prezident Ərdoğandan mühüm açıqlamalar

Prezident Ərdoğandan mühüm açıqlamalar

"Kanal14.az” "Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə Aİ Komissiyası və Aİ Şurasının sədri İsveçin təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında Prezident Külliyesindən canlı yayımla iştirak edir.

Prezident Ərdoğan deyir: "Konfrans üçün təşəkkür edirik. Bu, çox ciddi məsələdir və belə indiki həssas bir zamanda bizə böyük dəstəkdir. Ürək ağrısı ilə deyim ki, 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ 11 əyalətdə ciddi dağıntılara və insan tələfatına səbəb oldu. 50 min 96 vətəndaşımız həyatını itirdi. Allah bütün dünyasını dəyişən qardaş və bacılarımıza rəhmət eləsin. 6 min 807 xarici dostumuza başsağlığı verirəm.

Bəziləri müstəqil zəlzələ ölçüsünə çatan afterşoklar davam edir. Əlverişsiz hava şəraitinə baxmayaraq, biz zəlzələdən zərərçəkənlərin dağıntıların təmizlənməsi işlərinə olan ehtiyaclarını ödəmək üçün əlimizdən gələni edirik.

Zərərin qiymətləndirilməsi işlərimiz yekunlaşmaq üzrədir. Zəlzələ bölgəsində yararsız hala düşən binaların sayı 298 mindir.
Zəlzələnin zərərinin 104 milyard dollara çatacağı anlaşılır. Heç bir ölkə təkbaşına mübarizə apara bilməz. Zəlzələdən sonra Türkiyə 90 ölkədən 11320 personalın dəstəyini alıb.. Sizin sayənizdə 36 sahə xəstəxanası yaradılmışdır. Əziz dostlarımız, biz inanırıq ki, konfransdakı töhfələriniz fəlakətin izlərini aradan qaldırmağa kömək edəcək.”

Kanal14.az
N.Məmərli