Hadisə

Bakıda baş vermiş sonuncu güclü zəlzələdən 18 il ötür

Bakıda baş vermiş sonuncu güclü zəlzələdən 18 il ötür
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ölkə paytaxtında sonuncu güclü zəlzələdən 18 il keçir.

 2000-ci il noyabrın 25-də saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ baş verib. Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkib. Güclü təkanlar eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olunub.

Bilavasitə zəlzələnin gücündən deyil, qorxaraq yaşadıqları binalardan özlərini atıb dünyasını dəyişmiş insanlar olub.

Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələnib. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olunub.

Xatırladaq ki, Azərbaycanda dəfələrlə dəhşətli zəlzələlər baş verib. Bu təbiət hadisəsinin maqnitudasına görə ən böyük 10 zəlzələ bunlardır:

1. Şamaxı zəlzələsi ― 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhətli zəlzələ kimi qeyd edilir.

2. Şamaxı zəlzələsi ― 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən çox sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək sakin evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan çox mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.

3. Bakı ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ faktı ilə bağlı 30 nəfər dünyasını dəyişib.

4. Gəncə zəlzələsi ― 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

5. Şamaxı ― 1859-cu il 5.9 bal gücündə. Şamaxı şəhəri tamamilə dağılıb, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilib. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişib.

6. Şamaxı zəlzələsi ― 1669-cu il 5.7 bal gücündə. 7 min insan dünyasını dəyişib.

7. Şamaxı zəlzələsi ― 1828-ci il 5.7 bal gücündə. Ölən və yaralananlar barədə məlumat yoxdur.

8. Şamaxı zəlzələsi ― 1872-ci il 5.7 bal gücündə. Zəlzələ şəhərdə dağıntılara səbəb olub.

9. Zaqatala zəlzələsi ― 2012-ci il 5.6 bal gücündə. Tikililərdə dağıntılar olsa da, tələfatsız ötüşüb.

10. Ağdaş ― 1999-cu il 5.4 bal gücündə . 100-dən çox ev dağılıb, xeyli sayda ev qəzalı vəziyyətə düşüb.Unikal.org-