Gündəm / Siyasət / Dünya

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini açıqlayıb

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı ölkədə ümumi seçkilərin mayın 14-nə təyin edildiyini bildirib.

"Kanal14.az" "news.am"a istinadən qeyd edir ki, "Mayın 14-də millətimiz tələb olunanı edəcək”, – deyə, Ərdoğan bildirib.

Eyni tarixdə parlament seçkilərinin də keçiriləcəyi dəqiqləşib.

Xatırladaq ki, fevralın ortalarında Türkiyə mətbuatı 45 mindən çox insanın ölümünə səbəb olan irimiqyaslı zəlzələ səbəbindən prezident və parlament seçkilərinin təxirə salınması ilə bağlı xəbərlər yayıb. Türkiyə hakimiyyəti səsvermənin ən azı altı ay, ən pis halda isə bir il təxirə salınması imkanını nəzərdən keçirib.

Kanal14.az
Asiman Əsədsoy