Gündəm / Cəmiyyət / Hadisə / Dünya

SON DƏQİQƏ: Şanlıurfa və Adıyamanda sel fəlakəti! Həyat itkisi 15-ə yüksəldi

SON DƏQİQƏ: Şanlıurfa və Adıyamanda sel fəlakəti! Həyat itkisi 15-ə yüksəldi

Şanlıurfada Abide qovşağında daha 1 nəfərin meyiti tapılıb. Sel fəlakətində həyatını itirənlərin sayı 15-ə yüksəlib.

"Kanal14.az" "cnnturk"ə istinadən bildirir ki, Şanlıurfada dünən səhər saatlarında təsirli olan leysan yağış Mance dərəsinin daşması ilə selə çevrilib. Şəhər sakinləri səhər saat 06.00 radələrində qeyri-adi heç nə olmadığını, hər şeyin 20-30 dəqiqə ərzində baş verdiyini bildiriblər. Şiddətli yağış nəticəsində Şanlıurfanın Haliliye və Əyyubiyə rayonları başda olmaqla, ciddi ziyan dəyib. Şəhər mərkəzinin Haliliye səmtində Abide qovşağında 6 metr hündürlüyündəki yeraltı keçidi su basıb. Polis dalğıcları yeraltı keçiddə seyr edərkən avtomobillərində sıxışıb qalan onlarla insan üçün saatlarla axtarış-xilasetmə əməliyyatı aparıb.

Şəhərdəki son cəsədin kəsişmədən çıxarılması ilə seldə həyatını itirənlərin sayı 13-ə yüksəldi. Adıyamanda 2 nəfərin ölümü ilə sayı 15-ə yüksəldi.

Kanal14.az
Kamal Əsgərov