Braziliyanın Rio de Janeyro əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 104-ə yüksəlib.

"Kanal14.az" xəbər verir ki, bu  barədə şəhər bələdiyyəsi mılumat yayıb. 

Seldən zərər çəkmiş bölgəyə gedən Rio-de-Janeyro valisi Klaudio Kastro mətbuata verdiyi açıqlamada bölgənin 1932-ci ildən bəri ən güclü yağışa məruz qaldığını bildirib.

Kastro seldən zərər çəkənlərə gələn həftəyə qədər mebel və məişət əşyaları almaq üçün sosial yardım gözlədiyini bildirib.

Axtarış-xilasetmə işlərini həyata keçirən yanğınsöndürənlər 21 nəfəri xilas edib, indiyədək 35 nəfərin itkin düşdüyü bildirilir, lakin itkilərin dəqiq sayı hələ müəyyən edilməyib.

Bölgəni güclü şəkildə vuran sel və torpaq sürüşmələri nəticəsində ən azı 54 evin dağıldığı, 370-dən çox insanın sığınacaqlara sığındığı açıqlanıb.