Gündəm / Hadisə / Dünya

Braziliyada ölənlərin sayı artır

Braziliyada ölənlərin sayı artır

Braziliyanın San-Paulu əyalətində baş verən daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 48-ə yüksəlib. İtkin düşən 58 nəfərin axtarış-xilasetmə işləri davam edir.

"Kanal14.az" "hurriyet.com.tr" saytına istinadən xəbər verir ki, Braziliyanın San-Paulu əyalətinin Sao Sebastiao və Ubatuba bölgələrində baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin ümumi sayı 48-ə yüksəlib.

Braziliya mediası həyatını itirənlərdən 47-nin Sao Sebastiao bölgəsindən olduğunu, 58 nəfərin isə hələ də itkin düşdüyünü bildirib. Qruplar itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir.

Kanal14.az
Aytəkin Talıbqızı