Gündəm / Hadisə / Dünya

Ölümcül fırtınalar nəticəsində onlarla insan həlak olub

Ölümcül fırtınalar nəticəsində onlarla insan həlak olub

Braziliyanın San-Paulu əyalətinin hakimiyyət orqanları güclü daşqın və torpaq sürüşmələri nəticəsində 40- dan çox insanın öldüyü bildirir . Bəzi şəhərlərdə illik Karnaval bayramının keçirilməsi ləğv edilib.

"Kanal14.az” BBC- yə istinadən xəbər verir ki, təbii fəlakətlə bağlı ötən il ölkənin cənub-şərqindəki Petropolis şəhərində leysan yağışları 230-dan çox insanın həyatına son qoyub.

Hazırda xilasetmə qrupları sağ qalanlara çatmaq və yolları açmaq üçün mübarizə aparır.

Bazar günü bəzi ərazilərə 600 mm-dən (23,6 düym) çox yağış yağıb ki, bu da ay üçün gözləniləndən iki dəfə çoxdur.
"Axtarış - xilasetmə qrupları bir neçə yerə çata bilmir. Bu xaotik vəziyyətdir" - deyə, San Sebastiao şəhərinin meri Felipe Augusto deyib.
Həmçinin o, bildirib ki, "Hələ dəyən ziyanın miqyasını ölçməmişik. Zərərçəkənləri xilas etməyə çalışırıq".

Cənab Augusto əlavə edib ki, şəhərdə onlarla insan itkin düşüb, 50-yə yaxın ev dağılıb və su altında qalıb.
Əyalət hökuməti, San Sebastiaoda ən azı 35 nəfərin öldüyünü və təxminən 80 km (50 mil) şimal-şərqdə yerləşən Ubatubanın meri gənc qızın öldürüldüyünü bildirib.
Yüzlərlə insan didərgin salınıb və təxliyyə edilib.

Mülki müdafiə rəsmisi Folha de São Paulo qəzetinə deyib: "Təəssüf ki, daha çox ölümümüz olacaq".
Bu arada, rəsmilər daha 228 nəfərin evsiz qaldığını, daha 338 nəfərin San Paulonun şimalındakı sahil bölgələrindən evakuasiya edildiyini deyib.

Ştatın altı şəhərində: San Sebastiao, Karaquatatuba, İlhabela, Ubatuba, Quaruja və Bertioqada 180 günlük fəlakət vəziyyəti elan edilib.

Kanal14.az
N.Məmərli