Gündəm / Siyasət / Dünya

Finlandiya prezidenti Türkiyəyə gəlib

Finlandiya prezidenti Türkiyəyə gəlib

"Kanal14.az" "haberglobal"a istinadən xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinisto 16-17 mart 2023-cü il tarixlərində Türkiyəyə işgüzar səfər edəcək.

Finlandiya Prezidenti Sauli Niinisto Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 16-17 mart 2023-cü il tarixlərində Türkiyəyə işgüzar səfər edəcək.

Cümə günü, martın 17-də İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub .

Kanal14.az
Kamal Əsgərov