Gündəm / Cəmiyyət / Dünya

İran payızda keçirilən hökumət əleyhinə etiraz aksiyalarının 22 min iştirakçısına amnistiya verib.

İran payızda keçirilən hökumət əleyhinə etiraz aksiyalarının 22 min iştirakçısına amnistiya verib.

İran hakimiyyəti payızda keçirilən hökumət əleyhinə nümayişlərdə ümumilikdə 22 min iştirakçını azad edib.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei deyib.

"Hazırda [21 mart 2022-ci ildən] müxtəlif maddələrlə məhkum olunmuş 82 min nəfər amnistiyaya məruz qalıb və bu rəqəm arta bilər”, - deyə Tasnim onun sözlərini sitat gətirib. "Onların arasında 22 min iğtişaşçı var”.

Onun sözlərinə görə, müxtəlif maddələr üzrə daha 34 min məhkum cəzasını yüngülləşdirib. Ağır cinayətlərdə və oğurluqda təqsirli bilinən şəxslər amnistiyaya daxil edilməyib.

Fevralın 5-də İRNA xəbər verib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam İnqilabının ildönümü şərəfinə hökumət əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə həbs cəzasına məhkum edilmişlər də daxil olmaqla, "on minlərlə” məhbusu əfv edib.

İğtişaşlar ötən il sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb. Rəsmi versiyaya görə, polis Əmini çadrasını düzgün taxmadığına görə saxlayıb və dindirmə zamanı o, infarkt keçirib və dünyasını dəyişib. Lakin, sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat yayıb və onun xəsarət almadığını bildirib.

Kanal14.az
Samirə Əsgərova