"Kanal14.az" xəbər verir ki, milli tətil çərçivəsində iyunun 13-dən hökumətə etiraz edən minlərlə insan paytaxt Kito da daxil olmaqla bir çox şəhərdə polislə toqquşub. 

Hökumət əleyhinə etirazlarda indiyədək 4 fəal ölüb, 18-i ağır olmaqla 100-dən çox nümayişçi yaralanıb.

Ekvador Yerli Millətlər Konfederasiyası (Conaie) hökumətin dialoq təklifi üçün bəzi şərtlərin qəbul ediləcəyi təqdirdə masaya oturacaqlarını açıqlayıb.

Konfederasiya hökumətdən 6 şəhərdə elan edilmiş fövqəladə vəziyyətin ləğvi, benzinin qiymətinin aşağı salınması, işsizlik probleminin həlli, kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsi və cinayətlə mübarizədə təhlükəsizlik tədbirlərinin artırılması kimi bir sıra tələblər irəli sürüb.