Peruda prezident Boluartenin istefası və növbədənkənar seçki tələbi ilə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada daha 14 nəfər həyatını itirib.

"Qanunla.az" xəbər verir ki, ölkənin cənubundakı Juliaca şəhərində toplaşan hökumət əleyhinə etirazçılar polislə toqquşub.

Beləliklə, 2022-ci il dekabrın 11-dən bəri hökumət əleyhinə etirazlarda ölənlərin sayı 43-ə yüksəlib.

Ölkənin bir çox şəhərində minlərlə insan prezident Dina Boluartenin istefası, həbsdə olan Perunun keçmiş prezidenti Pedro Kastilyonun azad edilməsi, Konqresin bağlanması və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıb.