Robert Koçaryan erməni xalqını Paşinyanın istefası barədə tələbi dəstəkləməyə çağırıb
Ermənistanın ikinci prezidenti Robert Koçaryan erməni xalqına müraciət edib.
APA-nın məlumatına görə, R. Koçaryan xalqı Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefaya getməsinə dair tələbini dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.