Gündəm / Siyasət / Dünya

Moskvada keçiriləcək dördtərəfli Suriya görüşünün vaxtı açıqlanıb

Moskvada keçiriləcək dördtərəfli Suriya görüşünün vaxtı açıqlanıb

Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında Suriya ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş martın 15-16-da Moskvada keçiriləcək.

"Kanal14.az" "haberglobal"a istinadən xəbər verir ki, Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında Suriya ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş martın 15-16-da Moskvada keçiriləcək.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında Moskvada keçiriləcək görüşün vaxtı müəyyənləşib.

Martın 15-16-da keçiriləcək görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək.

İclasda Rusiyanı təmsil edən Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.

Kanal14.az
Jalə Əsədova