Siyasət

Azərbaycanda səfərdə olan İran Prezidentinin xüsusi nümayəndəsi artıq bir sıra görüşlər keçirib

Azərbaycanda səfərdə olan İran Prezidentinin xüsusi nümayəndəsi artıq bir sıra görüşlər keçirib
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

İran Prezidenti Həsən RuhanininDağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndəsi, İranın Xarici İşlər nazirinin müavini Abbas Araqçı Azərbaycanda səfərdədir.

Kanal14.az bildirir ki,bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, o, artıq Baş Nazirin müavini Şahin Mustafayev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.

Qeyd olunub ki, A. Araqçı Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər nazirinin müavini Xələf Xələfov də görüşəcək.

Xatırladaq ki, A. Araqçı Azərbaycandan sonra Rusiya, Ermənistan və Türkiyəyə də səfər edəcək.Nazir müavinin səfərinin məqsədi İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünü təbliğ etmək məqsədi daşıyır.

(Apa.az)