kanal14.az
kanal14.az

Türkiyə və İran arasında siyasi məsləhətləşmələr aparılıb - Foto

9-10-2021, 12:15

Türkiyə və İran arasında siyasi məsləhətləşmələr aparılıb - Foto

Ankarada Türkiyə və İran Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Kanal14.az  "Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə Türkiyə XİN-in tvitterində məlumat verilib.

Tərəflər ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Bundan başqa, Suriya, Əfqanıstan, Qafqaz və Yəməndəki vəziyyət daxil olmaqla, regional və beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunub.

İki ölkənin nümayəndə heyətinə Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri - Sedat Onal və Əli Baqeri başçılıq ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA