Gündəm / Dünya

Misirin cənubunda sfenksə bənzər heykəl və ziyarətgah tapılıb

Misirin cənubunda sfenksə bənzər heykəl və ziyarətgah tapılıb

Misirin cənubundakı qədim məbəddə sfenksə bənzər heykəl və ziyarətgahın qalıqlarını aşkar ediblər .

"Kanal14.az” "THE GUARDİAN" qəzetinə istinadən xəbər verir ki, Misirin qədim əşyalar nazirliyi bildirib ki, əsərlər Qahirədən 280 mil (450 km) cənubunda Qena əyalətindəki Dendera məbədində tapılıb.

Nazirlik bildirir ki, arxeoloqlar heykəlin təbəssüm xüsusiyyətlərinin eramızın 41-ci və 54-cü illəri arasında Roma hakimiyyətini Şimali Afrikaya genişləndirmiş Roma imperatoru Klavdiyə aid ola biləcəyinə inanırlar.

Arxeoloqlar həmçinin Roma dövrünə aid demotik və heroqlif yazıları olan daş lövhə tapdılar. Nazirlik bildirib ki, əhəng daşından ibarət ziyarətgaha iki qatlı platforma və Bizans dövrünə aid çiy kərpic hövzəsi daxildir.

Bildirilib ki, alimlər heykəlin şəxsiyyəti və ərazisi haqqında daha çox məlumatı ortaya çıxara biləcək daş plitədəki işarələr üzərində əlavə tədqiqatlar aparacaqlar.

Heykəl 20 metr hündürlüyündə olan Giza Piramidaları kompleksindəki qülləli sfenksdən xeyli kiçikdir.

Kanal14.az
Nizami Təhməzov