Gündəm / Hadisə / Dünya

Misirin şimalında qatar relsdən çıxıb

Misirin şimalında qatar relsdən çıxıb

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, ötən gün Misirin şimalındakı Qalub şəhərində dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Ərəb Respublikasının Səhiyyə Nazirliyinin "Twitter” hesabında verdiyi məlumata görə, ölənlərin sayı iki nəfərə çatıb.

"Çərşənbə axşamı axşam saatlarında baş vermiş "Kalub” qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, xəsarət alanların vəziyyəti stabildir”, - məlumatda deyilir. Daha əvvəl idarənin rəsmi nümayəndəsi bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Əl-Yaum əs-Sabia” portalının məlumatına görə, qatar ölkənin şimalındakı Minuf şəhərindən Qahirəyə gedirmiş. Qəza nəqliyyat vasitəsi Qalub şəhərində dəmir yolu stansiyasından keçərkən baş verib. Hadisə yerinə 20 təcili yardım maşını yola salınıb, zərərçəkənlər şəhər xəstəxanasına aparılıb.

Kanal14.az
Jalə Əsədova