Dünya

Qüdsdə çox maraqlı TARİXİ KƏŞF — FOTOLAR

http://olke.az/uploads/1554271140/il.jpg
 
Qüdsün Məbəd dağının ətəyində arxeoloqlar çox maraqlı kəşfə imza atıblar.

Qazıntılar zamanı qədim Misir tanrısının heykəlini tapıblar. Bu heykələ bu günə qədər nə Qüds ərazisində, nə də İudey dağlarında rast gəlinməyib.

Qüdsün qədim hissəsində qazıntılar 1838-ci ildən aparılır. 2007-ci ildən "Qivati dayanacağı” adlı yerdə bir neçə tədqiqatçı qrup çalışır. 11 il ərzində arxeoloqlar bir neçə metr dərinliyə qədər eniblər.

Ən vacib tapıntı isə Yelena sarayıdır. Yelena eramızın 1-ci əsrində Adiabena dövlətinin hökmdarı olub. Bundan başqa ərazidən VII əsrə aid 264 ədəd qızıl sikkə tapılıb. Bu dəfə isə Tel-Əviv universitetinin və İsrailin qədim abidələr idarəsi bildirib ki, üzərində insan üzü olan gil qab qalıqları aşkar edilib. Fraqmentin üzərində iki iri göz, bir burun, bir qulaq və ağızın bir hissəsi yaxşı qalıb. Qiymətli artefakt eramızdan əvvəl V-IV əsrə aid zibil yığıntısından tapılıb. Bu dövr İsrail tarixində fars dövrü kimi tanınır.

Məlum olub ki, bu, qədim Misir tanrısıdır. Bu tanrı evi, ailəni, hamilə qadınları və uşaqları qoruyur. Sonradan qədim misirlilər onu xeyirxahlıq və xeyir əməllərin qoruyucusu kimi qəbul ediblər. Misirlilər bu tanrının şərəfinə məbədlər inşa etməyiblər. Amma bəzi daşların və abidələrin üstünə təsviri vurulub.