Gündəm / Dünya

Peskov: ABŞ-ın görünən əli Ukraynadakı böhrana rəhbərlik edir

Peskov: ABŞ-ın görünən əli Ukraynadakı böhrana rəhbərlik edir

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı böhrana gözəgörünməz əlin rəhbərlik etməsi ilə razılaşmayıb. "Bu, Birləşmiş Ştatların görünən əlidir" deyən o, Vaşinqtonun münaqişənin bitməsini istəmir.

"Kanal14.az" "Ntv.ru"ya istinadən qeyd edir ki, Dmitri Peskov Çinin xarici işlər nazirinin sözlərinə münasibət bildirib. Qin Gang daha əvvəl mətbuat konfransında Ukrayna böhranı ilə bağlı danışıqları təşviq etmək səylərinin dəfələrlə səngidiyini bildirib və vurğulayıb ki, sanki hansısa "görünməz əl” münaqişəyə rəhbərlik edir və onu uzatmağa sövq edir.

Dmitri Peskov: "Burada, bəlkə də, çinli yoldaşlarımızla razılaşmaya bilərik. Bu, təbii ki, zarafatdır. Zarafat, bilirsən nə? Çünki? bu əl görünməz deyil, bu əl görünür. "Bu əl Amerika Birləşmiş Ştatlarının - Vaşinqtonun əlidir".

Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Vaşinqton bu münaqişənin bitməsini istəmir və onun davam etdirilməsi üçün hər şeyi edir. "Bu, görünən əldir".

Peskov həmçinin qeyd edib ki, Kreml Pekinin Ukrayna böhranı ilə bağlı fikrinə böyük diqqət yetirir. O vurğulayıb ki, Çinin mövqeyi təbiidir, belə nəhəng, qüdrətli və mötəbər ölkə dünya gündəmində olan məsələlərdə öz sözünü deməyə bilməz. "Ancaq, indi xüsusi hərbi əməliyyat gedir, bu vəziyyətin hansısa dinc kursa keçməsi üçün heç bir ilkin şərt yoxdur" deyən Peskov əlavə edib ki, Rusiya "hərbi müdafiəni davam etdirməklə" öz vəzifələrini yerinə yetirməyə çalışır.

Bundan əlavə, onun sözlərinə görə, Rusiya və Çin müxtəlif səviyyələrdə daimi təmasdadır, dövlət başçıları arasında "sıx və etimadlı dialoq” saxlanılır.

Əlavə edirik ki, daha əvvəl Qin Gang Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlərin qlobal strateji tarazlığın və sabitliyin açarı olduğunu da qeyd etdi. Bundan əlavə, nazirin sözlərinə görə, Çin heç vaxt Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah tədarük etməyib.

Kanal14.az
Jalə Asiman