Gündəm / Dünya

Peskov Rusiyanın Ukraynadakı itkilərindən danışdı

Peskov Rusiyanın Ukraynadakı itkilərindən danışdı

 

"Rusiya Müdafiə Nazirliyi lazım bildiyi zaman Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrində itkilər barədə yeni məlumat verəcək".

Kanal14.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov jurnalistlərə açıqlamasında onu da əlavə edib ki, Müdafiə Nazirliyi bu barədə bir dəfə məlumat verib:

"Həqiqətən də, məlumatı Müdafiə Nazirliyi bir dəfə verib, lakin artıq dediyimiz kimi, bu preroqativlik tamamilə onlara, yəni bizim hərbçilərə məxsusdur. Onlar uyğun gördükləri zaman əlavə məlumat verəcəklər".