Gündəm / Siyasət / Dünya

Finlandiya parlamenti səsvermə keçirəcək

Finlandiya parlamenti səsvermə keçirəcək

Finlandiya Xarici Əlaqələr Komitəsinin rəhbəri Sissi Hallaaho cümə günü jurnalistlərə deyib ki, Finlandiya Parlamenti fevralın 28-də NATO-ya üzvlük bağlı səs verəcək.

"Kanal14.az" xarici mətbuata istinadən Parlamentin ölkənin alyansa üzvülüklə bağlı səs verəcək zəruri qanunvericilik aktını qəbul edəcəyi gözlənilir. Hallaaho qeyd edib ki, NATO-ya üzvülüklə bağlı qanunvericilik prosesi martın 3-də Parlament tətilinə qədər tamamlanmalıdır.

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Lakin, Ankara Skandinaviya ölkələrindən kürt təşkilatlarının rəsmi olaraq, terror təşkilatı kimi tanımağı və terror fəaliyyətində və ya 2016-cı il çevrilişinə yardım və dəstək verməkdə ittiham olunmasını tələb edərək üzvlük cəhdlərini dərhal dayandırdı.

Qeyd edək ki, Ankaranın Finlandiyaya və İsveçə münasibəti yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyin qarışısında Quranın yandırılmasından sonra gərginləşib.

Kanal14.az
Aynur Qasımova