Gündəm / Siyasət / Dünya

Türkiyənin NATO üzvlüyünü təsdiqləmədiyi Finlandiya: "Quranı yandırmağa qoymayacağıq"

Türkiyənin NATO üzvlüyünü təsdiqləmədiyi Finlandiya:

Finlandiya İsveç və Danimarkadakı kimi müqəddəs kitablara və ayinlərə hörmətsizlik edilməsinə icazə verməyəcək.

 "Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Milli Polisi bəyanat yayıb.

İsveçin ifadə azadlığı saydığı halı NATO-ya üzv olmaq istəyən qonşusu Finlandiyada eyni görmürlər.

Finlandiya haqlı olaraq düşünür ki, hərhansı dini icma tərəfindən müqəddəs kitablara hörmətsizlik edilməsi ölkədə dini sülhün qorunmasını pozacaq.

Polis Finlandiya Xəbər Agentliyinə (STT) verdiyi açıqlamada ölkə qanunlarına görə dini sülhün pozulmasının cəzalandırılan cinayət olduğunu vurğulayıb. 

Həmçinin bldirilib ki, polisin diqqətini çəkən başqa hadisə və ya hərəkət baş verərsə, müdaxilə olunacaq. 

Finlandiya qanunlarına görə, hərhansı bir dini inancı təhqir edən şəxslərə altı aya qədər həbs cəzası verilə bilər.

Qeyd edək ki, bundan əvvəl İsveç polisi Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmağa icazə verib. Bu hadisə İsveçlə Türkiyə arasında gərginliyə səbəb olub. Eyni zamanda bu hadisə İsveçin NATO üzvlüyünə qəbul edilməsinin Türkiyə tərəfindən təsdiqlənməsi ilə bağlı vəziyyəti daha da çətinləşdirib.

Kanal14.az
Zülfiyyə Məmmədova