Gündəm / Dünya

Efiopiya dağılma ərəfəsində

Efiopiya dağılma ərəfəsində

Son zamanlarda Efiopiya daha aktiv münaqişə bölgəsinə çevrilməkdədir. Üsyanlar, etirazlar, insan oğurluqları, yarıtmaz idarəçilik, pozulan hüquqlar, parçalanan fikirlər ölkə boyunda yayılmağa doğru gedir.

Artıq paytaxtdakı hökumət üzvləri belə rahat deyillər. Çünki, etiraz dalğaları paytaxtı da ciddi silkələməkdədir.

Ən qaynar və nəzarətsiz bölgəsi isə Oromo bölgəsidir. Bu bölgədə varlılar insan oğrularının hədəfidir. Yerli hökumət onminlərlə insanın oğurlamdığını desə də BMT bir milyondan çox insanın qaçırıldığını bildirir.

"Kanal14.az" bildirir ki, əslində, insan oğrularının və terrorçuların maliyyə təminatı bir mənada da yerli əhalidir. Çünki, oğurlananların yaxınları müəyyən fidyə məbləği ödəyərək yaxınlarını oğrulardan ala bilirlər.

Bundan ciddi narahat olan hökumətin polis və ordu qüvvələrini Oromo bölgəsinə göndərdiyi düşünülür. Düşünülmə səbəbi isə bu barədə mətbuatda yer almamasıdır.

Hələ ki, vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Kanal14.az
Asiman Əsədsoy