Gündəm / Dünya

"Mən oğurlananda harda idin?"


Nigeriyanın şimal-qərb əyalətlərində insan oğurluğu halları geniş yayılıb. Həm insan oğruları yaxşı sığınacaqlara malikdir, həm də Nigeriya polisi cinayət axtarış tədbirləri baxımından çlx zəifdir.

"Kanal14.az" bildirir ki, Nigeriyanın adı keçən bölgələrində yaşayan insanların da dövlətə etimadı yoxdur. Dəfələrlə bölgədə keçirilən seçkilər məhz insan oğrularının yaratdığı problemlər üzündən ləngiyib, təxirə salınıb və ya heç keçirilməyib.

Əsasən dövlət məmurlarının, həmçinin maddi səviyəsi yüksək olan ailələrin üzvləri qaçırılır. Təbii ki, qaçırılanların qarşılığında fidyə tələb olunur. Bu məbləğlər isə bir neçə min dollar ekvivalentində yerli pul vahidi ilə ödənilir.

İndi ərazidə seçki kampaniyası keçirənlərə yerlilər "mən oğurlananda harda idin ki, indi səsimi almağa gəlmisən?" deyə, sərt etirazlarını bildirib.

Nigeriyada insan oğurluğu halları sıx yaşanır və uzun müddətdir ki, hələ də həll olunmamış problemdir.

Kanal14.az
Ulduz Əsgərov