Bu il Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 86-ya çatıb.

"Kanal14.az" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin mütəxəssislərinin verdiyi məlumata görə, fevralın 14-dən 21-dək ölkədə bu təhlükəli xəstəlikdən 21 nəfər dünyasını dəyişib, 91 yeni yoluxma faktı aşkarlanıb.

Bir ildən artıqdır davam edən hazırkı epidemiyada ölüm halları 19% təşkil edir.

Nigeriyada 2021-ci ildə Lassa qızdırmasından 80-dən çox ölüm qeydə alınıb. Bu xəstəliyin əvvəlki ciddi epidemiyası ölkədə 2017-2018-ci illərdə müşahidə olunub.

Lassa qızdırması qızdırma qrupunun arenavirus ailəsinə aid olan kəskin yoluxucu xəstəlikdir. Bir sıra cəhətdən Ebola virusunun yaratdığı xəstəliyə yaxındır. Lassa qızdırması ən çox Qərbi Afrikada, o cümlədən Nigeriya, Liberiya, Qana, Qvineya və Syerra-Leonedə yayılıb.