Gündəm / Cəmiyyət / Foto / Video

"Günəş" hoteldə intim xidmət - VİDEO


DogruXeber.az: Bir yandan dünya dağılır, digər yandan da insanlar "qiyaməti tələsdirən" əməllərinə davam edirlər.

Maraqlıdır ki, cəmiyyətin bu qədər çirkinləşməsində çox zaman dövlət qurumlarında çalışan məsul şəxslərin "dəstəyi danılmaz olur".
Halbuki, istənilən şəxs evində belə hər hansı yanlışa, yaxud qanun pozuntusuna yol verərsə, anında hardansa xəbər tutan aidiyyatı qurumların məsul əməkdaşları dərhal həmin yanlışa yol verən şəxsi tapıb, məsuliyyətə cəlb edirlər. Yəni, o dəqiqə qanunlar "hərəkətə keçir". Kimilərinə həbs, kimilərinə də cərimə cəzası kəsilir. Sanki, dövlət büdcəsini düşünürlərmiş kimi də o cərimənin bir an öncə ödənilməsi üçün hər sözdən, hər vasitədən istifadə edirlər.

Lakin, nə yolla olursa-olsun 3-5 manat qazanmaq üçün qanun pozuntusu edən hər hansı bir sahibkar qanunu pozmadan öncə bunu aidiyyatı üzrə məsul şəxslərlə "məsləhətləşib razılaşırsa", vəssalam, bütün yaşıl işıqlar hamısı eyni zamanda yanır və o, sahibkarın harama gedən yollarını işıqlandırır.

"Haram" demişkən, zinadan, əxlaqsızlıqdan qazanılan pul dinimzdə də pislənir və haram olduğu bildirilir.
Lakin, qanunla da qadağan edilməsinə baxmayaraq, hələ də bu yoldan pul qazanan işbazlar var.

Məsələn, keçmiş Nobel prospekti - hazırkı 8 noyabr prospektində "Günəş hotel" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasında yataqda uzanıb "ayaqlarını oynadan" bu qadın adına ləkənin danışığına diqqət edin.



Gördüyünüz kimi "öz işi ilə məşğul olduğunu" və "20-yə" (20 manat) xidmət göstərdiyini deyən bu ləkə üstəlik "canıyananlıq" edib, müştərisinin cibini də düşünür və vaxt itirməməsini məsləhət görür.


Otaqlarda yaradılmış şərait və xidmətlər də ki, öz yerində. Masaj, hamam və sair...
Hamısının da bəlli qiyməti. Hotel 15 manat, intim xidmət 20 manat ...
Müştərini qanunlardan qorxmaması üçün təsəlli isə tamamilə pulsuz.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya yenidən qayıdacağıq.

DogruXeber.az
Rəna Gözəlova