"Kanal14.az" xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Dövlət başçılarının görüşü Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının samiti çərçivəsində baş tutub və tərəflər Tacikistan-Qırğızıstan sərhədində baş verən hadisələri müzakirə ediblər.

Onlar aidiyyatı dövlət qurumlarına atəşkəs və təmas xəttinə cəmləşmiş hərbi qüvvələrin uzaqlaşdırılması tapşırıq vermək barədə razılığa gəliblər.